AZ

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Ramazan

Bakı, 29 mart, AZƏRTAC

Ramazan bayramı ilə əlaqədar 10-14 aprel tarixlərində qatarlarımız Bakı-Qəbələ-Bakı marşrutu üzrə hər gün hərəkətdə olacaq.

Azərbaycan Dəmir Yollarından AZƏRTAC-a bildirilib ki, 6 aprel iş günü müəyyən edildiyindən həmin tarixdə Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar reysləri ləğv edilir. Əvəzində qatar 7 apreldə səhər Bakıdan Qəbələyə, axşam isə Qəbələdən Bakıya yola düşəcək.

Seçilən
60
8
Mənbələr
Şərh ()
Bağla