AZ

Dörd oyunçusu cəzalanan “İrəvan” niyə 1-ci liqadan qovulmadı?

AFFA İntizam Komitəsinin 1-ci liqa təmsilçisi “İrəvan”ın iki futbolçusunu - Ege Atlam ilə Fəhmin Muradbəylini danışılmış oyunlarda iştiraka görə futboldan ömürlük uzaqlaşdırdığını xəbər vermişdik.

Həmçinin bu komandanın daha iki oyunçusu - Ramin Məhərrəmov və Kamal Mirzəyev danışılmış oyun barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə bir il şərti olmaqla ikiilliyə futboldan uzaqlaşdırılıb.

Görəsən, komandanın 4 oyunçusunun danışılmış oyunlarla bu və ya başqa şəkildə bağlılığının olması bütün nəticələrinin ləğvinə və 1-ci liqadan uzaqlaşdırılmasına əsas vermirmi?

Bu sualı UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimliyə ünvanladıq. O isə bizə açıqlamasında “qərarı AFFA İntizam Komitəsi verir” deməklə kifayətləndi...

GÜNAY SÜLEYMANOVA

Seçilən
81
Mənbələr
Şərh ()
Bağla