AZ

Mülki dövriyyədə olmasına yol verilməyən dərman maddələri və tibb vasitələri müəyyənləşir

Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı genişləndirilir.

“İki sahil”in xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Bu siyahıya tətbiqi müəyyən edilmiş qaydada qadağan edilmiş dərman maddələri və tibb vasitələri daxil edilir.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Seçilən
45
5
Mənbələr
Şərh ()
Bağla