AZ

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Fövqəladə
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. FHN-nin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Tovuz şəhəri ərazisində fiziki şəxs tərəfindən qanunsuz olaraq tikinti işinin aparılması faktı aşkar edilib.
Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Tovuz Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.
Seçilən
125
49
Mənbələr
Şərh ()
Bağla