AZ

Rubialesin Ermosoya necə təzyiq göstərdiyi məlum oldu

İspaniya Kral Futbol Federasiyasının (RFEF) sabiq prezidenti Luis Rubialesin başı qalmaqallardan qurtulmur.

Arena.az məlumat verir ki, İspaniyanın qadınlardan ibarət yığmasının 2023-cü il dünya çempionatında qələbəsindən sonra, Rubialesin qalibləri mükafatlandırma mərasimi zamamını dodaqlarından icazəsiz öpdüyü Cennifer Ermosoya qadının qohumları vasitəsilə təzyiq göstərməyə çalışdığı üzə çıxıb.

Bu barədə AS dərgisi məlumat yayıb. Mənbənin məlumatına görə, Rubiales Ermosonun onunla öpüşməsinin razılıq əsasında olduğunu bildirən bəyanat verməsini israr edib. Lakin Cennifer bu təklifdən imtina edib. Bundan sonra RFEF-in sabiq rəhbəri İspaniyanın qadınlardan ibarət yığmasının o vaxtkı baş məşqçisi Xorxe Vildadan bu xahişlə Ermosonun yaxınlarına müraciət etməsini istəyib.

Vurğulanır ki, İspaniya yığması Avstraliyadan İspaniyaya geri uçarkən Vilda bir neçə dəfə Cenniferin qohumlarının oturduğu yerlərə yaxınlaşıb. O, hətta futbolçunun qardaşı ilə danışıb. Söhbət zamanı Vilda Ermoso ailəsinin etimadını qazanmağa, xanım futbolçunun idman fəzilətlərini tərifləməyə çalışıb. Amma Ermosonun qardaşının fikir ayrılığını görən Vilda, birgə bəyanatdan imtinanın futbolçunun karyerası və həyatı üçün mənfi nəticələr verəcəyini bildirib

Xatırladaq ki, İspaniya prokurorluğu bu “öpüş qələti”nə görə Luis Rubialesə 2,5 il müddətində həbs cəzası tələb edir. Xorxe Vilda və bu qalmaqala bulaşmış bir neçə “aradüzəldən” isə məcburiyyət ittihamı ilə 1,5 müddətinə həbs cəzasına məhkum edilə bilər.

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla