AZ

Əhalinin sayında azalma tendensiyası var- Millət vəkili

Azərbaycanda uzunömürlülük statistikası artıq keçmişdə qalıb. Bunu deputat Sabir Rüstəmxanlı deyib. 

"Əhalinin sayında azalma tendensiyası var. Uşaq pulunun verilməməsi də buna hardasa təsirini götərir. Sanki bu kimlərsə tərəfindən idarə olunan layihədir. Qızlar ana olmaq istəmir. Uşaq pulunu kəsməklə belə layihələrə dəstək oluruq. 5 uşaq saxlayan anaların pensiya yaşının 5 il azaldılması məsələsi vacibdir. Mənə pensiya yaşı ilə bağlı müraciətlər olur. Burada 62 yaş təklif olundu. Hətta bu rəqəm yüksəkdir. Uzunömürlülər qaldı keçmişdə”, - deputat martin 29-da Milli Məclisdə Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Deputat Musa Quliyev deputata cavab olaraq bildirib ki, indi dünyada pensiya yaşının azaldıması deyil, əksinə artırılması məsələləri aktualdır. Çünki insanlar daha uzunömür yaşayır.
 
Gülnar Nazimqızı

www.anews.az
Seçilən
53
7
Mənbələr
Şərh ()
Bağla