AZ

Premyer Liqada topdaşıyan uşaqlara qadağa: Bunu etmək olmaz

İngiltərə Premyer Liqasında bolboy - topdaşıyan uşaqlarla bağlı maraqlı qərar tətbiq edilib.

Publika.az xəbər verir ki, bundan sonra matçlar zamanı top meydanı tərk edərsə, bu işə cəlb edilən bolboylar onu meydana qaytara bilməyəcəklər. Premyer Liqa hesab edir ki, bununla onların oyuna təsiri azalacaq. Hücum edən və ya müdafiə olunan komanda topdaşıyanların təsiri sayəsində üstünlük qazana bilməyəcək.

Bundan sonra futbolçular meydanın kənarındakı konusların yanına qoyulan topu özləri götürməli olacaqlar. Toplardan biri istifadə olunanda topdaşıyanlar onu yeniləri ilə əvəzləyə biləcəklər.

Seçilən
69
2
Mənbələr
Şərh ()
Bağla