AZ

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Bakıda

Bakı, 29 mart, AZƏRTAC

Bakıda keçiriləcək güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirinə satılan biletlərin sayı açıqlanıb.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Milli Gimnastika Arenasında təşkil ediləcək yarışa 6 minə yaxın bilet satılıb.

Biletlər sadə (2 manat) və VİP (7 manat) olaraq iki hissəyə ayrılıb. Hər gün üçün iki seans nəzərdə tutulub. Gündüz seansı saat 10:30-da, axşam seansı isə 18:00-da başlayacaq. Hər seansa 2446 sadə, 156 VİP bilet daxildir. Ümumilikdə 15612 bilet satışa çıxarılıb.

Yarışın biletlərini iticket.az saytından əldə etmək mümkündür.

Qeyd edək ki, Avropa Olimpiya Təsnifat Turniri aprelin 5-7-də təşkil olunacaq. İlk yarış günündə yunan-Roma, aprelin 6-da qadın, son gündə isə sərbəst güləş üzrə mübarizə baş tutacaq.

Seçilən
48
39
Mənbələr
Şərh ()
Bağla