AZ

Nazim Bəydəmirlinin həbs müddəti yenidən uzadıldı

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirli barəsində seçilmiş qətimkan tədbirinin uzadılması tələbi ilə əhkəməyə müraciət edilib.

KONKRET.az xəbər verir ki, Nərimanov Rayon Məhkəməsi ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurorun təqdimatını əsaslı hesab edib.

Qərara əsasən N.Bəydəmirlinin həbsdə saxlama müddəti daha 1 ay uzadılıb.

Digər məlumata görə, iş üzrə ibtidai istintaq artıq yekunlaşmaq üzrədir.

Qeyd edək ki, keçmiş deputat ötən ilin iyulunda həbs edilib.

Ona qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 182.2.2–ci (hədə-qorxu ilə tələbetmə-təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Seçilən
60
3
Mənbələr
Şərh ()
Bağla