Nobel mükafatı laureatı professor Məhəmməd Yunus Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) rektorunun müşaviri təyin edilib.Demokrat.az xəbər verir ki, bu barədə universitetin rektoru Ədalət Muradov məlumat verib. O qeyd edib ki, Məhəmməd Yunus özü ona müraciət edib:
“Müraciətində professor Məhəmməd Yunus UNEC rektorunun sosial biznes məsələləri üzrə müşaviri kimi, UNEC missiyasına töhfə vermək istəyini bildirib. Müraciətini nəzərə alaraq onu bu gün UNEC rektorunun müşaviri təyin etdim.
UNEC-ə göstərdiyi etimad və dəstəyə görə Nobel mükafatı laureatı professor Məhəmməd Yunusa öz adımdan və UNEC kollektivi adından təşəkkür edirəm”, - rektor bildirib.