AZ

Deputat pensiya yaşının azaldılmasını təklif edib

Vətəndaşlara tələb olunan səviyyədə tibbi və sosial təminat verilmirsə pensiya yaşı azaldılmalıdır. Bunu deputat Razi Nurullayev deyib. 

"Təklif edirəm ki, kişilərin pensiya yaşı 62, qadınların yaşı isə 60 olsun. Çünki vətəndaşlara tibbi və sosial təminat lazım olduğu qədər verilmir. Nəticədə vəfat edənlərin sayı çoxalır”, - deputat martin 29-da "Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bildirib. 


Deputat həmçinin təklif edib ki, pensiya yaşına 5 il qalmış şəxslərə də dəfn pulu verilsin.
 
Gülnar Nazimqızı

www.anews.az
Seçilən
63
35
Mənbələr
Şərh ()
Bağla