Həkim-terapevt Şahvələd Məmmədov Demokrat.az-a açıqlamasında təklifə müsbət yanaşıb:
“Normal təklifdir, nəzərə almaq lazımdır ki, böyük şəhərlərdə həmişə gözlənilməz hadisələr yaşana bilər. Sovet dövründə sanitar aviasiya deyilən bir xidmət var idi, indi də mövcuddur. Haradasa terror aktı olarsa, sanitar aviasiya yaralıları daşımaq üçün ən ideal vasitədir. Hazırda ölkəmizdə də bu xidmət var, amma əlavə vertolyotların alınması məqsədəuyğun olardı. Bölgələrdə bədbəxt hadisə olarsa, yaralıları böyük şəhərlərdəki klinikalara daşımaq üçün çox sayda vertolyota ehtiyac ola bilər”.
Törə Zeynallı
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
Şərh ()