AZ

Məktəb direktoru və müavinlərinin də sertifikasiyası GÖZLƏNİLİR  

Müəllimlərin biliklərinin yoxlanması, eləcə də tədrisdə peşəkar kadrların saxlanılması məqsədi ilə hər il müvafiq ixtisaslar üzrə sertifikatlaşdırılma imtahanı keçirilir. Ancaq müəllimlərdən fərqli olaraq məktəb direktorları üçün bu kimi imtahanlar tərtib olunmur.

 

Bəs, görəsən, peşəkar və savadlı direktorları vəzifədə saxlamaq üçün həqiqətən də xüsusi imtahan gərəklidirmi?

 

Direktorların işə qəbulu üzrə mütəxəssis Elşən Qafarov mövzu ilə bağlı AzEdu.az-a danışıb.

 

Ekspert bildirib ki, məktəb direktorları və direktor müavinlərinin sertifikatlaşması prosesi gözlənilir:

 

“Dövlət ümumi təhsil məktəblərində çalışan məktəbəqədər və ümumi təhsil prosesində fəaliyyət göstərən təhsilverənlərin və idarəetmədə işləyənlərin sertifikatlaşma qaydaları Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli qərarı ilə təsdiq olunub və 2022-ci ildən etibarən prosesin icrasına başlanılıb. İlk dəfə ibtidai sinif müəllimləri, daha sonra Azərbaycan dili və ədəbiyyat müəllimləri sertifikasiyaya cəlb olundu. Bu il isə xarici dil və riyaziyyat müəllimlərinin sertifikasiyası nəzərdə tutulur. Prosesin əsas mərhələsi başa çatdıqdan sonra növbəti ildən məktəb direktorlarının, eləcə də direktor müavinlərinin sertifikatlaşması prosesi gözlənilir. Bir sıra regionlar bununla bağlı diaqnostik qiymətləndirmələr keçirirlər. Diaqnostik qiymətləndirmələr sertifikasiyaya hazırlıq xarakterlidir. Düşünürəm ki, məktəb direktorlarının sertifikatlaşma prosesində əmək məcəlləsinin fəaliyyətə və praktikaya tətbiqi məsələlərinə, təhsil idarə edilməsi ilə bağlı hüquqi normativ sənədlər, məktəbin idarəedilməsi ilə bağlı idarəetmə bacarıqları salınmalıdır.

 

Məktəb direktorlarının sertifikasiya prosesində məktəb rəhbərlərinin nəzəri bilikləri ilə yanaşı praktik bacarıqları da yoxlanılmalıdır. Düşünürəm ki, biz bu məsələdə gecikirik. Müəllimlərin sertifikasiyası ilə yanaşı, direktor, direktor müavinlərinin də sertifikasiyası labüddür. Ən yaxşı halda 2025-ci ildə sertifikasiya prosesinə başlanması yaxşı addım olardı. Beləliklə, məktəb direktorları və müavinlər öz idarəetmə bacarıqlarının inkişafı ilə bağlı öz üzərlərində işləmiş olardılar”.

 

Seçilən
67
Mənbələr
Şərh ()
Bağla