AZ

Eşq atəşinin beləsi - Soçidə oğlan sevgilisinin evini yandırmaq istəyib

Soçidə təqaüdçü hərbçinin evini yandıran şəxs tutulub.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, 21 yaşlı gəncin sevgilisinin valideynləri qıza onunla görüşməyi qadağan ediblər. Tələbə gənc böyüklərin bu qərarını bəyənməyib, qisas almaq qərarına gəlib. Eşq atəşi başına vurmuş gənc sevdiyi qızın yaşadığı ünvana gəlib. Onun hesablamalarına görə, qız bütün ailəsi ilə birlikdə evdə olarkən binaya od vurub. Bu işdə ona tələbə dostu da kömək edib.

Ancaq gənclər ailənin evi ilə 51 yaşlı hərbi təqaüdçünün evini səhv salıblar. Keçmiş hərbçi çevik tərpənərək yanğını söndürüb və polis gələnə qədər evyaxanları saxlaya bilib.

Məsuliyyətsiz tələbə gənclər barədə cinayət işi başlanıb.

Musavat.com

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla