AZ

Lunyov Azərbaycandakı vəziyyətdən şikayətləndi: "Bu, kədərli mənzərədir"

"Qarabağ"ın qapıçısı Andrey Lunyov Rusiya və Azərbaycan çempionatını müqayisə edib.

Futbolpress.az xəbər verir ki, o, "Sport24"ə açıqlamasında azarkeş sayından gileylənib:

"Rusiya və Azərbaycan çempionatları arasında oxşarlıq azdır. Azərbaycanda 10 komanda çıxış edir. Tribunalar boş olur. Stadionların tutumu 10-15 min aralığındadır. Matçlara isə 2-3 min aralığında azarkeş gəlir. Rusiyada isə vəziyyət fərqlidir. Voronejdə tribunalar doludur, Krasnodarda da azarkeşlər çoxdur. “Zenit”in tribunaları əvvəlki kimi olmasa da, demək olar ki, dolur. Aydındır ki, azarkeşlərsiz heç də yaxşı deyil. Bu, kədərli mənzərədir".

Lunyov ötən ilin yayında “Qarabağ”a keçib. Rusiyalı qapıçının müqaviləsi mövsümün sonunda başa çatacaq.
Seçilən
38
Mənbələr
Şərh ()
Bağla