AZ

Rusiyada xarici onlayn mağazalarda alış-veriş üçün rüsum tələb olunacaq

Rusiyada xarici onlayn mağazalarda alış-veriş üçün rüsum tələb olunacaq.

Azpost.info xəbər verir ki, bu barədə “Vedomosti”yə məsələ ilə bağlı müzakirələrlə tanış olan mənbə bildirib.

İndi dəyərindən asılı olmayaraq istənilən sifarişlər idxal rüsumlarına məruz qalacaq.

Bu məlumatı Avrasiya İqtisadi Komissiyasının nümayəndəsi də təsdiqləyib. “Qərar dövlətlərüstü səviyyədə qəbul edilib, lakin bunun üçün milli parlamentlər tərəfindən ratifikasiya tələb olunur”, – o vurğulayıb.

Assosiasiya ölkələrinin ötən il dekabrın sonunda razılaşdıqları yeni konsepsiya elektron ticarət malları anlayışının tətbiqini və onların satışı zamanı fiziki şəxslərə icbari rüsumların ödənilməsi tələbini nəzərdə tutur.

Bir neçə gün əvvəl maliyyə nazirinin müavini Aleksey Sazanov onlayn alış-veriş üçün malların rüsumsuz idxalının ləğv edildiyini açıqlayıb. Onun sözlərinə görə, rüsumsuz idxal yalnız bir fiziki şəxsdən digər fiziki şəxsə göndərilən bağlamalar üçün qalacaq.

Azpost.info

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla