AZ

Səfir: Azərbaycanda Ukrayna abidələrinə hörmət göstərilir

Ukrayna səfiri Vladislav Kanevski Azərbaycanda Ukrayna abidələrinə hörmət göstərildiyini söyləyib.

"Report" xəbər verir ki, o, bu barədə feysbuk hesabında paylaşım edib.

Diplomat Azərbaycanın şimal-qərb bölgəsinə səfəri zamanı müzakirə etdiyi məsələləri də açıqlayıb: "Ukraynanın Azərbaycanda mövcudluğunun coğrafiyasının genişləndirilməsi, Ukrayna-Azərbaycan regionlararası əməkdaşlığının praktiki məzmunla zənginləşdirilməsi, Ukrayna diaspor təşkilatlarının fəaliyyəti üçün şəraitin yaradılması Zaqatala və Şəki rayonlarının icra hakimiyyətlərinin başçıları Mübariz Əhmədzadə və Elxan Usubov ilə söhbətin əsas mövzuları olub".

Diplomat Azərbaycanda multikulturalizmin dövlət siyasəti səviyyəsində inkişafının əməkdaşlıq üçün gözəl potensial olduğunu bildirib: "Birləşmiş Azərbaycan Ukraynalıları İcmasının rəhbəri Tamilla Musayeva ilə birgə ölkənin şimal-qərb bölgəsinə həyata keçirdiyim işgüzar səfərim Azərbaycanda multikulturalizmin dövlət siyasəti səviyyəsində inkişafının və ölkənin Ukrayna abidələrinə hörmət göstərilməsinin bu kimi əməkdaşlıq üçün gözəl potensial olduğunu təsdiqlədi".

Seçilən
66
4
Mənbələr
Şərh ()
Bağla