AZ

Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi.

Brüseldə 5 apreldə Ermənistanın Baş naziri Nikol Paşinyanla Paşinyanla ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında keçiriləcək birgə konfransda Ermənistanın “təhlükəsizliyinin gücləndirilməsi” adı altında hərbi paktın əldə edilməsi planlaşdırılır. Belə bir razılıq Qərbin Ermənistana bu zamana kimi verdiyi dəstəyin rəsmiləşdirilməsi olacaq. Vaşinqton görüşün “Bakı və İrəvan arasında sülh danışıqlarına aid” olduğunu, rəsmi İrəvan isə “üçüncü tərəfə qarşı olmadığını” desə də, Ermənistanın Avropa İttifaqından iqtisadi, ABŞ-dən də hərbi təhlükəsizliyi ilə bağlı qarant almaq istəyir. 

Bu fikirləri yenisabah.az -a açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini Yalçın Hacızadə söyləyib.

Politoloq qeyd edib ki, birgə konfransın keçirilməsi ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama verərək belə bir görüşün keçirilməsinin Azərbaycan – Ermənistan sülh danışıqlarına müsbət töhfə verməyəcəyini, mənfi təsir edəcəyini bildirib. Sual oluna bilər ki, Azərbaycan  belə bir görüşün keçirilməsindən, imzalanacaq sənəddən niyə narahatdır. 

Bu ilin fevral ayında Münxen təhlükəsizlik konfransında keçirilən görüşdən sonra yaranan aktivlikdən belə güman etmək olardı ki, yaxın zamanlarda sülhə nail olmaq olacaq. Amma Xarici işlər nazirliyinin bəyanatında göstərildiyi kimi, Ermənistan təhlükəsizlik qarantiyasının verilməsi sülhə mənfi təsir edəcək. Ona görə ki, Ermənistanın etdiyi və edəcəyi hərəkətlərə görə arxyaınlıq yarana bilər. Müharibələri öyrənən konfiliktologiya elminə görə müharibə tərəflər arasında yaranan fikir ayrılığının daha da dərinləşməsi nəticəsində yaransa da, sülh isə üstən yaranır. Yəni sülh üçün tərəfin birinə üstən, daha güclü qüvvə siyasi, iqtisadi və ya hərbi təsir etməlidir. Amma bu gün təsir edilməli işğalçı tərəfə təhlükəsizlik qaratiyası verilməyə çalışılır.

Ümumiyyətlə həm Xarici İşlər Nazirliyinin bəyanatının həm də dövlətimizin yanaşmasının (narahatlığının) izahı üçün məsələyə daha geniş geostrateji aspektdən baxmaq lazımdır.  Ermənistan Azərbaycanla sülh danışıqları ilə paralel, Ermənistan – Rusiya, Rusiya – Qərb münasibətlərini konteksində aparmağa çalışır. Həmçinin, bu münasibətlərlə yanaşı Paşinyan öz hakimiyyətini də qorumağa çalışır. Qərbin isə yaranan bu münasibətlərdən istifadə edərək regionumuza gəlməkdə məqsədlərindən biri də Orta Dəhlizə nəzarət etmək marağıdır. 

Keçən ilin sentyabr ayında keçirilən antiterror əməliyyatından sonra Qərb mediasında Azərbaycana qarşı belə bir qarayaxma kampaniyası yayılmağa başlandı ki, guya Azərbaycan Zəngəzuru işğala hazırlaşır. İndi isə təhlükəsizlik qarantiyası sənədin imzalanmağa hazırlanması onu göstərir ki, Qərb qarayaxma kampaniyasını düşünülmüş şəkildə apararaq, belə bir sənədin imzalanması üçün siyasi, ictimai və hüquqi əsas formalaşdırmağa çalışırmış. 

Ermənistanın öz təhlükəsizliyini təmin etmək üçün Avropa İttifaqı və ABŞ seçməsi rəsmi Bakını həm də ona görə narahat edir ki, son 20 ildə ABŞ və Aİ hara gedirsə və ya kimə təhlükəsizlik qarantiyası verirsə orda münaqişə baş verir. Yəni həmin ölkənin, regionun təhlükəsizlik arxitekturası xaraba qalır. Yaxın Şərq, 2008-ci il Gürcüstan - Rusiya və ya indi davam edən Ukrayna - Rusiya müharibəsini misal göstərmək olar. Yəni bizim bu yanaşmamız təcrübədən çıxış edir. Ermənistanın bu siyasəti, addımları Rusiya – Qərb münaqişəsini regionumuza gətirir və alovlandırır. 

Y. Hacızadə bildirib ki, bizim digər və əsas narahtlığımızın səbəbi Ermənistan işğalçı ölkədir. Hələ də bizim torpaqlarımız Ermənistanda işğaldadır. Hüquqi və ideolojik olaraq bizə və qardaş Türkiyəyə qarşı torpaq iddiaları var. Eyni zamanda, Azərbaycanla müharibəyə hazırlaşdıqlarını açıqlayan, dövlətin nəzarətindən kənar, dövlətin nəzarət edə bilmədiyi, özlərini müstəqil silahlı birləşmələr kimi təqdim edən və üzvlərinin sayı minlərlə olan terror qrupları var. Çox təəssüf ki, Avropa İttifaqı və ABŞ həmin qanunsuz silahlı qüvvələri regionda sülhə təhlükə kimi görmür, onlarla bağlı hüquqi adımın atılmasını tələb etmir və ümumiyyətlə Ermənistanın bizim kəndlərin qaytarılması ilə bağlı fikirlərinə qarşı da aqressiv davranırlar. Aİ və ya ABŞ Cənubi Qafqazda həqiqətən təhlükəsizliyə qarantiya olmaq istəyirsə baxmalıdır ki, kimə qarşı və ya kimə təhlükəsizlik qarantiyası verir. Bu gün regionumuzda sülhə ən böyük təhlükə Ermənistan və Qərbin ona dəstəyidir. Bizim gördüyümüz odur ki, qərb regiona sülh, təhlükəsizlik təmin olsun deyə gəlmir. Ermənistandan alət kimi istifadə edirlər. Bağlanacaq hərbi pakt da Azərbaycana təzyiq və müdaxilə məqsədi daşıyır.


Telegram kanalımız
Seçilən
181
50
Mənbələr
Şərh ()
Bağla