AZ

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Bakı. Trend:

Tədqiqat göstərir ki, Alzheimer xəstəliyi orqantransplantasiyası edilən xəstələrə də keçə bilər.

Trend “Science” saytına istinadən xəbər verir ki, Kanadadakıtədqiqatçılar bütün donorları xəstəliklə bağlı ətraflı yoxlanmağaçağırırlar.

“Stem Cell Reports” jurnalında dərc olunan araşdırmaya görə,siçanlar arasında sümük iliyi nəqli Alzheimer xəstəliyi ilə əlaqəlisimptomların və patologiyaların ötürülməsi ilə nəticələnib.Tədqiqat müəllifləri aşkar ediblər ki, Alzheimer xəstəliyi iləəlaqəli son dərəcə nadir genetik mutasiya daşıyan ştam iliyəyeridildikdən sonra sağlam siçanların beynində zülalların anormalyığılması baş verib.

Alimlər bu araşdırmanın “Alzheimer xəstəliyinin ötürülməsini”nümayiş etdirdiyini və insan sümük iliyi, orqan və qan donorlarınınneyrodegenerasiya ilə əlaqəli mutasiyalar üçün skrininqinidəstəklədiyini bildiriblər.

Tədqiqatçılar, həmçinin, xəstəliyinn mərkəzi sinir sistemindənkənarda olan amiloid zülallarından yarana biləcəyi qənaətinəgəliblər.

Lakin nəticələrin insanlarda da eyni olub-olmadığını dəqiqbilmək üçün daha çox araşdırmaya ehtiyac var.

Seçilən
16
1
Mənbələr
Şərh ()
Bağla