AZ

“Kəpəz”in ev oyununun biletini niyə “Qarabağ” satır?

Bu gün Misli premyer-liqasının 28-ci turunda “Kəpəz” “Qarabağ”ı qəbul edəcək.

Məlum səbəblərə görə matç Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Maraqlıdı ki, meydan sahibi Gəncə təmsilçisi olsa da, biletlərin satışa çıxarılması “köhlən atlar”ın rəsmi “feysbuk” səhifəsi vasitəsilə elan olundu.

Bunun səbəbini öyrənmək üçün “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevlə əlaqə saxladıq. O, “football-plus.az”a açıqlamasında satışın, sadəcə, təşkilatçılığını etdiklərini və gəlirin “Kəpəz” tərəfindən stadion xərclərinə sərf olunacağını bildirdi.

Xatırladaq ki, “Qarabağ” bu matçda uduzmasa, çempion olacaq.

KƏNAN BAHADIR

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla