AZ

Tovuzda qanunsuz tikili SÖKÜLDÜ - FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

 

Sfera.az FHN-ə istinadən xəbər verir ki, bu çərçivədə, Tovuz şəhəri ərazisində fiziki şəxs tərəfindən qanunsuz olaraq tikinti işinin aparılması faktı aşkar edilib.

 

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Tovuz Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.

 

Seçilən
28
49
Mənbələr
Şərh ()
Bağla