AZ

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan ZƏHƏRLƏNDİ 

Şəkidə şirkə turşusundan zəhərlənmə qeydə alınıb. Rayonun Oxud kənd sakini, 26 yaşlı gənc sirkə turşusu içərək zəhərlənib.  

Bu barədə Bizim.Media-nın yerli bürosuna Şəki Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. 

Bildirilib ki, gecə saatlarında Rayon Mərkəzi Xəstəxanasına sirkə turşusu içərək daxil olan Oxud kənd sakininin vəziyyəti ağır olaraq qalır. 

Xəstə Vüqar Mustafazadə yaşadığı Oxud kəndində, evlərində sirkə turşusu içəndən sonra zəhərlənib. Ailəsi onun halının pisləşdiyini biləndən sonra Təcili Tibbi Yardım briqadasına müraciət olunub. İlkin tibbi yardımdan sonra o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Pasiyent xəstəxanaya daxil olan andan həkimlər onu müayinədən keçirib, müalicələr başlanıb. Xəstəxanadan o da bildirilib ki, həyata keçirilən tibbi müalicələrə baxmayaraq, hələlik Vüqar Mustafazadənin vəziyyəti orta-ağır olaraq qalır. Hadisənin təfərrüatları ilə bağlı araşdırmalar başlanılıb. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla