AZ

Səhmlər sürətlə bahalaşır – Neft Fondunun gəlirlərinə necə təsir edəcək?

Qlobal fond bazarları bu il son beş ilin ən yaxşı birinci rübünü keçiriblər. 


Sfera.az xəbər verir ki, dünya üzrə səhmlərin qiymətində baş verən dəyişiklikləri əks etdirən MSCI indeksi bu ilin birinci rübündə 7,7 faiz artıb və səhm sahiblərinə yüksək gəlir imkanı yaradıb. Sonuncu dəfə səhmlər üzrə belə yüksək artım 2019-cu ilin birinci rübündə qeydə alınmışdı. 


Fond bazarında gəlirliliyin artmasında ABŞ iqtisadiyyatına dair göstəricilərin əlverişli olması, həmçinin süni intellektlə bağlı nəticələrin yaxşı olması ilə izah edilir. 
Süni intellekt sahəsində hazırda bum müşahidə olunur. Bu bazarın qazancında ciddi artımlar var. Daha çox artım yarımkeçiricilər (çip) istehsalı ilə məşğul olan ABŞ-nin “Nvidia” şirkətinin bazar dəyərində müşahidə edilib. Bu ilin ilk üç ayında şirkətin dəyəri 1 trilyon dolları ötüb. Birinci rübdə “Nvidia” şirkətinin dəyərindəki artım qlobal səhm bazarlarındakı ümumi bahalaşmanın təxminən 20 faizini təşkil edib. Yanvar və fevral aylarında ABŞ-də inflyasiyada gözlənilməz artımlara baxmayaraq, daxili inkişafın davamlı olduğuna dair işarələr də səhmləri bahalaşdırıb. 


Qeyd edək ki, səhmlərin bahalaşması Azərbaycan üçün əlverişlidir. Çünki Dövlət Neft Fondunun sahib olduğu 56 milyard dollar (2023-cü ilin sonuna aid olan məlumat – red.) dəyərindəki vəsaitlərin 24,3 faizi, yəni 13,6 milyard dolları səhmlərdədir. Əgər Fondun sahib olduğu səhmlərin qiyməti də eyni sürətlə artıbsa, o halda Fondun yalnız səhmlərdən qazancı təxminən 1 milyard dollar təşkil edib. 

 

Vasif
 

 

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla