AZ

“Daşınmaz əmlak bazarında 5%-ə kimi qiymət artımı normal hal hesab olunur”

“Daşınmaz əmlak bazarında 5%-ə kimi qiymət artımı normal hal hesab olunur”. 

Bunu Valyuta.az-a açıqlamasında əmlak məsələlər üzrə ekspert Elnur Əsədov fevral ayında fərdi həyət evlərin qiymətinin qalxması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. Ekspert bu artımı fərdi evlərə olan tələbin yüksək olması ilə izah edib:

“Tələb və təklif məsələsi var. Əslində fərdi evlərin qiymətinin artması ilə bağlı qısa zamanda rəy vermək olmur. Hər hansı bazar seqmentndə 5%-ə kimi qiymət artımının olması normaldır”.

Elnur Əsədov hesab edir ki, bu kimi dəyişiklər əmlak bazarına təsir etmir:

“1,8% normal bir qiymətdir. Bazarda bu qiymətə görə, ciddi dəyişiklik ola bilməz. Yalnız 4-6 aydan sonra bazarın nəticələrinə görə rəy vermək olar”.

Qeyd edək ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin məlumatına görə, fevral ayında həyət evlərinin alqı-satqısın prosesində qiymət artımı müşahidə olunub. Fərdi həyət evlərinə tələbin artması ilə əvvəlki aya nisbətən 1.8 faiz qiymət artımı qeydə alınıb.

Aylin

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla