AZ

Rusiya BMT-nin bu ölkəyə qarşı sanksiyalarına veto qoydu

Rusiya BMT Təhlükəsizlik Şurasının martın 28-də keçirilən iclasında Şimali Koreyaya qarşı sanksiyaların monitorinqinə cavabdeh olan ekspertlər qrupunun mandatının uzadılmasını nəzərdə tutan qətnaməyə veto qoyub.

Publika.az xəbər verir ki, BMT TŞ-nin Şimali Koreya ilə bağlı ABŞ-ın hazırladığı qətnaməni qurumun 13 üzvü dəstəkləyib.

Səsvermə zamanı Çin bitərəf qalıb. Qətnamə Pxenyana nüvə silahının ilk sınağına görə sanksiyaların tətbiq edildiyi 2006-cı ildən qüvvədə olan Təhlükəsizlik Şurası yanında Şimali Koreya məsələləri üzrə sanksiya komitəsinin mandatına aiddir. O, müvafiq məhdudiyyətlərə nəzarət etmək üçün məsuliyyət daşıyıb.

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla