AZ

“İnter” İnzagini buraxmadı

İtaliyanın “İnter” klubu baş məşqçi Simone İnzagi ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Msport.az “Gazzetta dello Sport”a istinadən xəbər verir ki, yeni müqavilə 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

47 yaşlı mütəxəssisin komanda ilə hazırkı müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatır. Rəhbərlik İnzaginin işindən razıdır və onu mümkün qədər uzun müddət komandada saxlamaq istəyir.

Qeyd edək ki, “İnter” İtaliya A seriyasında 76 xalla liderdir.

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla