AZ

İctimai-iaşə obyektlərinin sahiblərinə ÇAĞIRIŞ

Bakı. Trend:

Ölkə ərazisində fəaliyyət göstərən restoran və ictimai-iaşəobyektlərində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarıtərəfindən keçirilən monitorinqlər zamanı havaya normadan artıqtullantı atıldığı müəyyən olunub.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət ƏlizadəTrend-ə bildirib ki, bir sıra ictimai-iaşə obyektlərindətəmizləyici qurğuların quraşdırılmasına baxmayaraq, onlaravaxtaşırı xidmət göstərilmir, filtrlər dəyişdirilmir, buna görə dəhavaya normadan artıq tullantı atılır.

“Restoran və ictimai-iaşə obyektlərinin sahiblərinə çağırışedirik ki, Ramazan ayında toyların olmamasını bir imkan kimidəyərləndirərək, obyektlərindəki təmizləyici qurğuların texnikigöstəricilərinin normalara uyğunluğunu təmin etsinlər, havayanormadan artıq tullantı atılmasına yol verməsinlər”.

Xidmət rəisi əks halda qanun pozucularına AzərbaycanRespublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən qanunamüvafiqtədbirlər görüləcəyini bildirib.

Məqalədə:
Seçilən
41
17
Mənbələr
Şərh ()
Bağla