AZ

"Bizdə belə bir terror olsa..." - Deputat xəstəxanalar üçün helikopter istədi

"Bəlkə dövlətin pulu yoxdur. İnsanlar özləri nə üçün yollarını təmir etmirlər. Ona görə də özünüidarə sistemini təmin etmək lazımdır ki, bələdiyyələr insanları toplayıb bu kimi işləri həyata keçirsin". 

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

O deyib ki, Azərbaycanda xəstəxanalar sanitar-tibbi vertalyotlarla təmin edilməlidir:

“Azərbaycanda xəstəxanaların heç birində nə binaların damında, nə də həyətində vertalyotların enməsi üçün ərazi yoxdur. Biz Vətən müharibəsi zamanı gördük ki, yaralılar Bakıya vertalyotla gətirilərkən əvvəl Badamdardakı vertalyot sahəsinə gətirilirdi. Sonra isə təcili tibbi yardımla xəstəxanalara aparılırdı. Rusiya terrorundan sonra düşündüm ki, bizdə belə bir terror olsa, belə hallarda sanitar-tibbi vertalyotlara ehtiyac ola bilər. FHN tez-tez təlimlər keçirir. Bəs digər qurumlar belə təlimlər keçirmir?”.

Deputat əlavə edib ki, paytaxtdakı Neftayırma zavodu şəhərdən çıxarılmalıdır: "Qəza olarsa, bu, əhaliyə ciddi ziyan vura bilər".

Humay İSGƏNDƏRLİ

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla