AZ

Bələdiyyə torpaqlarının böyük hissəsi zəbt edilib - Komitə sədri

Bakı. Trend:

Bələdiyyə torpaqlarının böyük hissəsi zəbt edilib.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Regional məsələlərkomitəsinin sədri Siyavuş Novruzov parlamentin iclasında“Bələdiyyələrin statusu haqqında” Azərbaycan RespublikasınınQanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasıqanununun layihəsinin müzakirəsi zaman deyib.

O qeyd edib ki, məhkəmələrdə bələdiyyələrin təqdim etdiyi çoxsayda iş var.

“Məhkəmələr qərar verməlidir ki, o torpaqlar boşaldılsın vəbələdiyyələr istifadə etsin. Azərbaycanda bələdiyyə məktəbi də,bağçası da, sosial obyektləri də var. Azərbaycanda nümunəvibələdiyyələr mövcuddur”, - deyə o qeyd edib.

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğvedilməsi haqqında” Qanun layihəsində qeyd edilir ki, ölkə üzrəsonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatınınsayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranansosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlərnəzərə alınmaqla Milli Məclisin qərarı ilə digər bələdiyyələrləbirləşdirilir.

Seçilən
19
1
Mənbələr
Şərh ()
Bağla