AZ

Rusiya Mərkəzi Bankı xaricə pul köçürmələri ilə bağlı məhdudiyyətləri daha 6 ay uzadıb

Rusiya Mərkəzi Bankı xaricə pul köçürmələri ilə bağlı məhdudiyyətləri daha altı ay, 2024-cü il sentyabrın 30-dək uzadıb, tənzimləyici bildirib. Pul köçürmə sistemləri vasitəsilə köçürmələrə məhdudiyyətlər də qüvvədə qalır – ayda 10 min dollardan çox olmamaq şərtilə.

Rusiyada işləyən qeyri-rezidentlər əməkhaqqı məbləğində xaricə pul köçürə bilərlər. Rusiyada işləməyən qeyri-rezidentlər və dost olmayan ölkələrin şirkətləri üçün xaricə pul köçürməsinə qadağa olduğu kimi qalır.

Rusiya Mərkəzi Bankı 2022-ci ilin martında Ukraynada müharibənin və Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsindən sonra xaricə pul köçürülmələrini məhdudlaşdırıb. Əvvəlcə transfer limiti ayda 5 min dollar idi, lakin 2022-ci ilin iyulundan 1 milyon dollara qədər artırılıb.

Seçilən
137
50
Mənbələr
Şərh ()
Bağla