AZ

Fransızlar terror təhlükəsi rejimində!

Fransa vətəndaşları ölkədə terror hücumları təhlükəsindən çox narahatdırlar. "Yeni Azərbaycan" xəbər verir ki, bunu "Journal de Dimanche" tərəfindən dərc edilən sorğunun nəticələri göstərir.

"CSA" Sosial Tədqiqatlar İnstitutunun sorğusuna əsasən, respondentlər orta hesabla terror hücumları təhlükəsindən qorxduqlarını 10-baldan 7-si kimi qiymətləndiriblər.

Nəşr qeyd edib ki, sorğuda iştirak edən qadınlar kişilərə nisbətən daha yüksək narahatlıq səviyyəsi nümayiş etdiriblər.

Sorğuda iştirak edən vətəndaşların cavabları da yaşlarından asılı olaraq müxtəlif olub. Tədqiqatın nəticələrinə görə, gənc respondentlər, xüsusilə 35 yaşdan aşağı olanlar terror təhlükəsi ilə bağlı narahatlığa daha çox həssas olublar.

Xatırladaq ki, Fransa Moskva vilayətindəki “Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı Yelisey sarayında təşkil edilmiş Milli Müdafiə və Təhlükəsizlik Şurasının iclasından sonra ölkədə terror təhlükəsi səviyyəsini ən yüksək səviyyəyə qaldırıb.

Bu barədə Fransanın Baş naziri Qabriel Attal sosial şəbəkədə bildirib.

Havar Şəfiyeva 

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla