AZ

"Azərabycanı müxtəlif yanğınlarla sınağa çəkməyə çalışdılar" - Siyavuş Novruzov

“Son dövrlər göstərir ki, təhlükəsizlik məsələsi bir nömrəli məsələyə çevirilib”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

“Əgər bir ökə vətəndaşının təhlükəsizlik məsələsini təmin edə bilmirsə, başqa hansı hüququnu təmin edə bilər? Həm Ermənistan tərəfindən, həm onların havadarları tərəfindən nə qədər terror törətmək istədilərsə, onun qarşısı hüquq-mühafizə orqanları tərəfindən cənab Prezidentin rəhbərliyi altında alındı. Azərabycanı daha sonra müxtəlif yanğınlarla sınağa çəkməyə çalışdılar. Bunun da qarşısı FHN tərəfindən alındı. Terrorun maliyyələşdirilmısi ilə bağlı olan cinayət məsuliyyəti daha da sərtləşdirilməlidir”, - deyə deputat bildirib.

Humay İSGƏNDƏRLİ

Seçilən
42
1
Mənbələr
Şərh ()
Bağla