AZ

Ötən il Azərbaycana yatırılan xarici investisiyanın məbləği açıqlanıb

2023-cü ildə Azərbaycandan xaricə 3,1 milyard dollar investisiya yatırılıb. Bunu Azərbaycan Mərkəzi Bankının statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

"Ən çox birbaşa xarici investisiya Türkiyə (1,8 mlrd. dolları), ABŞ (311 milyon dolları) və Böyük Britaniyanın (157 milyon dolları) payına düşüb", -  Samir Nəsirov Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə vurğulayıb.
 
2023-cü ildə Azərbaycanın neft-qaz və qeyri-neft-qaz sektoruna ümumilikdə 6,7 milyard ABŞ dolları həcmində birbaşa xarici investisiya yatırılıb. Kapital repatriasiyası isə 6,9 miyard dollar təşkil edib.
 
Ötən il fiziki şəxslərin xaricdən Azərbaycana göndərdikləri pul baratlarının həcmi əvvəlki i illə müqayisədə 3,2 dəfə artaraq 3,62 milyard ABŞ dollara çatıb.
 
Bunun 82 %-i və ya 2,969 milyard ABŞ dolları Rusiyanın (illik müqayisədə 4,8 dəfə çox), 4,3 %-i və ya 155,342 milyon ABŞ dolları ABŞ-ın (2,1 dəfə çox), 3,4 %-i və ya 122,141 milyon ABŞ dolları Türkiyənin (13,3 % çox), 1,5 %-i və ya 53,585 milyon ABŞ dolları Almaniyanın (99,2 % çox), 0,9 %-i və ya 33,959 milyon ABŞ dolları isə (7,7 % az) payına düşüb.
 
Aytac 

.

www.anews.az
Seçilən
130
13
Mənbələr
Şərh ()
Bağla