AZ

Qvardiola "Mançester Siti"dən gedir

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə komandasını tərk etməyi planlaşdırır.

BAKU.WS-in xəbərinə görə, bu barədə "Football Insider"in məlumatında deyilir.

Qvardiola 2025-ci ilin yayında hazırkı müqaviləsi başa çatdıqdan sonra klubu tərk edəcək.

Bildirilir ki, ispaniyalı "Siti"dən ayrıldıqdan sonra məşqçilik karyerasına fasilə verməyi planlaşdırır.

Qeyd edək ki, Qvardiola 2016-cı ilin iyulundan "Mançester Siti"ni çalışdırır. Onun rəhbərliyi altında "Mançester Siti" tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qalibi olub. Mütəxəssisin sükanı arxasına keçdiyi "şəhərlilər" beş dəfə İngiltərə çempionatının qalibi olmağı bacarıb.

Qvardiola karyerası ərzində "Barselona" və "Bavariya"nı da çalışdırıb. Ümumilikdə ispaniyalı mütəxəssis bütün klublarla 37 kubok, o cümlədən üç UEFA Çempionlar Liqası qazanıb.

Seçilən
43
5
Mənbələr
Şərh ()
Bağla