AZ

Üzərinə həbs qoyulmuş əmlakı icarəyə vermək mümkün olacaq

Bakı. Trend:

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi ilə bağlı qaydasımüəyyənləşir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli bu günkeçirilən iclasında müzakirəyə çıxarılan Cinayət-ProsessualMəcəlləyə əlavə edilməsi təklif olunan yeni maddədə (253-1) əksinitapıb.

Yeni maddəyə əsasən, üzərinə həbs qoyulmuş əmlakın idarəedilməsi dedikdə daşınar əmlakın satılmasına, qeyri-yaşayışsahələri və kommersiya təyinatlı digər daşınmaz əmlakın icarəyə vəya idarəetməyə verilməsinə və əmlakın yaxşılaşdırılmasına dairtədbirlərin görülməsi başa düşülür.

Üzərinə həbs qoyulmuş əmlak mülki iddianın və xüsusi müsadirənintəmin edilməsi üçün görülən tədbirlərin səmərəliliyini artırmaq,habelə üzərinə həbs qoyulmuş əmlakın dəyərini itirməsinin qarşısınıalmaq məqsədilə idarə edilir.

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi haqqında qərarməhkəməyədək icraat zamanı müstəntiqin əsaslandırılmış vəsatəti vəAzərbaycan Respublikasının Baş prokuroru tərəfindən müvafiqsəlahiyyət verilmiş prokurorun təqdimatı əsasında məhkəmənəzarətini həyata keçirən məhkəmə, məhkəmə icraatı zamanı isə işəbaxan məhkəmə tərəfindən qəbul edilir.

Bu Məcəllənin 253-1.5-ci maddəsində nəzərdə tutulan hallaristisna olmaqla, üzərinə həbs qoyulmuş daşınar əmlak mülkiyyətçininyazılı müraciəti və ya yazılı razılığı ilə satıla bilər.

Üzərinə həbs qoyulmuş daşınar əmlak mülkiyyətçinin razılığıolmadan, yalnız əmlak tez xarab olan əşya olduqda və ya əmlakınsaxlanılması insanların həyatı, sağlamlığı və ya ətraf mühit üçüntəhlükə yaratdıqda satıla bilər.

Müvafiq məhkəmə qərarı qüvvəyə mindikdən sonra üzərinə həbsqoyulmuş daşınar əmlakın hərracda satışı müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkiledilir.

Üzərinə həbs qoyulmuş əmlakın dəyərini itirməsinin qarşısınıalmaq məqsədilə mülkiyyətçinin yazılı müraciəti və ya yazılırazılığı ilə onun yaxşılaşdırılması ilə əlaqədar tədbirlər görüləbilər. Mülkiyyətçinin razılığı olmadan əmlakın yaxşılaşdırılmasıilə əlaqədar tədbirlər yalnız onun satılmasına dair qərar qüvvəyəmindikdən sonra və həmin qərarda müvafiq yaxşılaşdırma tədbirləridə nəzərdə tutulduqda görülə bilər. Üzərinə həbs qoyulmuş əmlakınyaxşılaşdırılması ilə əlaqədar tədbirlər müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkiledilir.

Üzərinə həbs qoyulmuş qeyri-yaşayış sahələri və kommersiyatəyinatlı digər daşınmaz əmlak mülkiyyətçinin yazılı müraciəti vəya yazılı razılığı ilə bu Məcəllənin 253-1.3-cü maddəsində nəzərdətutulmuş qaydada icarəyə və ya idarəetməyə verilə bilər.

Üzərinə həbs qoyulmuş əmlakın icarəyə və ya idarəetməyəverilməsinə, bu tədbirlər həmin əmlakın sübut kimi istifadəedilməsinə və ya digər şəkildə cinayət mühakimə icraatınınvəzifələrinə nail olunmasına mane olmadığı halda yol verilir.

Müvafiq məhkəmə qərarı qüvvəyə mindikdən sonra üzərinə həbsqoyulmuş əmlakın icarəyə və ya idarəetməyə verilməsi müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindəntəşkil edilir.

Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq üçüncü oxunuşdaqəbul edilib.

Seçilən
26
36
Mənbələr
Şərh ()
Bağla