AZ

2 ayda xaricdən 4 milyon dollara yaxın xalça və toxunma döşəmə örtükləri almışıq

Cari ilin yanvar-fevral ayları ərzində Azərbaycana xarici ölkələrdən 3 milyon 843 min ABŞ dolları dəyərində xalçalar və digər toxunma döşəmə örtükləri gətirilib.

Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 724 min ABŞ dolları, yaxud da 23.2% çoxdur. 2023-cü ilin eyni dövründə bu rəqəm 3 milyon 119 min ABŞ dolları dəyərində olub.

Cari ilin ilk iki ayında xaricə satılan xalçalar və digər toxunma döşəmə örtüklərinin dəyəri 4 min ABŞ dolları olub ki, bu da ötən ilin ilk iki ayı ilə müqayisədə 8 min ABŞ dolları və ya 66.6% azdır. 2023-cü ilin yanvar-fevral aylarında bu rəqəm 12 min ABŞ dolları dəyərində olub.

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında idxal olunan xalçalar və digər toxunma döşəmə örtükləri ümumi idxalın 0.16 faizini təşkil edib.

Əvəz Həsənov

Seçilən
43
50
Mənbələr
Şərh ()
Bağla