AZ

Husilər bu günə qədər 86 gəmiyə hücum edib


Yəmənin “Ənsar Allah” hərəkatının husi üsyançıları Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi başlayandan bəri Qırmızı və Ərəb dənizlərində, eləcə də Hind okeanında ümumilikdə 86 gəmiyə hücum edib.
Yeniavaz.com
“Əl Məsirah” telekanalına istinadla xəbər verir ki, bu barədə təşkilatın Siyasi Bürosunun üzvü Məhəmməd Əli əl-Husi məlumat verib.
Husilərin Fələstin müqavimətini fəal və effektiv şəkildə dəstəkləməkdə davam etdiklərini vurğulayan əl-Husi indiyə qədər 86 gəmiyə hücum etdiklərini bildirib. Əl-Husi həmçinin, üsyançıların İsrailin cənubunda yerləşən Eylat şəhərində bir neçə hədəfə raket hücumu təşkil etdiklərini qeyd edib.
Qeyd edək ki, 2023-cü ilin oktyabrında Qəzza zolağında münaqişənin şiddətlənməsindən sonra husilər Fələstin anklavında hərbi əməliyyatlar dayandırılana qədər İsrailə hücum edəcəklərini və İsraillə bağlı gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinin qarşısını alacaqlarını bildiriblər.
Seçilən
35
6
Mənbələr
Şərh ()
Bağla