AZ

Daha bir uzman həkim Sumqayıt Tibb Mərkəzində fəaliyyətə başlayıb 

Uzman oftalmoloq-cərrah Rəsul Dadayev Sumqayıt Tibb Mərkəzinin (STM) 2 nömrəli Xəstəxanasının Göz şöbəsində fəaliyyətə başlayıb.
 
STM-dən Aztibb.az-a verilən məlumata görə, Rəsul Dadayev 1993-cü ildə Zaqatala rayonunda anadan olub. 2010-2016-cı illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 2017-2018-ci illərdə Türkiyənin Ankara şəhərində “Hacettepe” Universitetinin Tibb fakültəsində klinik təcrübə keçib. 2018-2022-ci illərdə Ankara Universitetinin Tibb fakültəsinin Oftalmologiya kafedrasında uzmanlıq təhsili alıb.
 
O, 2018-2022-ci illərdə Ankara Universitetinin Tibb fakültəsinin Oftalmologiya kafedrasında cərrah-oftalmoloqun köməkçisi kimi çalışıb. 2023-cü ilin fevral-noyabr aylarında özəl tibb müəssisələrində cərrah-oftalmoloq işləyib.
 
Uzman həkim 2019, 2020 və 2022-ci illərdə Türk Oftalmoloji Dərnəyinin Milli Konqreslərində təqdimatlarla çıxış edib. Müxtəlif elmi konfransların iştirakçısı olub.
Seçilən
43
1
Mənbələr
Şərh ()
Bağla