AZ

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

Bakı, 29 mart, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Botanika və bitki fiziologiyası kafedrasının müəllimi Kəmalə Əsədova “Erasmus+ Teaching Mobility” layihəsi çərçivəsində Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində ezamiyyətdə olub.

BDU-dan AZƏRTAC-a bildirilib ki, Kəmalə Əsədova Yassı Universitetinin “Erasmus” üzrə koordinatoru, Molekulyar biologiya və genetika laboratoriyasının müdiri professor Lucian Gorgan, Biologiya fakültəsinin dekan müavini professor Çiprian Manzu, fakültənin professor-müəllim heyəti ilə görüşüb. O, fakültənin əməkdaşları və tələbələri qarşısında “Azərbaycanın florası və bitki örtüyü” mövzusunda mühazirə ilə çıxış edib, bir neçə seminar və laboratoriya dərsi keçib.

Səfər zamanı BDU-nun əməkdaşı Yassı Universitetinin nəzdində fəaliyyət göstərən, təməli 1856-cı ildə qoyulmuş Botanika bağı, Biologiya fakültəsinin geniş herbari fondu, laboratoriya otaqları, Azərbaycan Multikulturalizm Mərkəzi ilə tanış olub. Mərkəzin sədri, Azərbaycan multikulturalizmi fənnini tədris edən, ölkəmizin mədəniyyətini, tarixini, dilini sevən mütəxəssis, professor Lyudmila Bejenaru qurumun fəaliyyəti barədə məlumat verib.

Seçilən
33
1
Mənbələr
Şərh ()
Bağla