AZ

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Qəbələ, 29 mart, AZƏRTAC

Qəbələ Rayon İcra Hakimiyyəti, rayon polis şöbəsi, Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzi və digər aidiyyəti qurumların əməkdaşları tərəfindən rayon ərazisində özbaşına tikililərin və torpaq zəbtlərinin qarşısının alınması məqsədilə mütəmadi olaraq monitorinqlər aparılır.

Qəbələ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, növbəti monitorinq zamanı rayonun Laza kəndi ərazisində ayrı-ayrı şəxslər tərəfindən zəbt edilərək çəpərlənmiş Laza bələdiyyəsinə məxsus kənd təsərrüfatı təyinatlı 1,5 hektar örüş torpaq sahəsində söküntü işləri aparılaraq ərazi boşaldılıb.

Aidiyyəti qurumlar bir daha vətəndaşların diqqətinə çatdırır ki, mülkiyyətində olmayan torpaq sahələrində özbaşına tikinti işlərinin aparılması, torpaq sahələrinin zəbt olunaraq hasarlanması və müxtəlif məqsədlər üçün istifadəsi yolverilməzdir.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla