AZ

“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”

“Terror daha çox siyasətə xidmət etdiyinə görə, siyasətin bir tərkib hissəsinə çevrildiyinə görə onun qarşısı qətiyyətlə alınmalıdır. Moskvada baş vermiş terror da nə birincidir, nə sonuncu...”
 
“Terror hadisələrindən, ümumiyyətlə, kimsə sığortalanmayıb.  Baş verənlərin hər biri də özünəməxsusdur. Və terror daha çox siyasətə xidmət etdiyinə görə, siyasətin bir tərkib hissəsinə çevrildiyinə görə onun qarşısı qətiyyətlə alınmalıdır. Moskvada baş vermiş terror da nə birincidir, nə sonuncu”. 
 
Bunu Moderator.az-a açıqlamasında “Son 40-50 ildə dünyada, o cümlədən Azərbaycanda və Rusiyada bir çox terror olaylarının şahidi olmuş bir siyasət adamı kimi Moskvadakı son terror olayı ilə bağlı hansı nəticələrə gəlmisiz?” sualına cavabında Klassik Xalq Cəbhəsi partiyasının sədri, istiqlalçı deputat Mirmahmud Mirəlioğlu söyləyib.
 
“Və təbii ki, bəşəriyyətin şüurlu, vicdanlı hissəsi hər zaman terrorçuluğun əleyhinədir. Daha çox da Azərbaycan xalqı olaraq biz terrorun əleyhinəyik, çünki son 30-35 ildə terrorçuluqdan daha çox əziyyət çəkənlərdən biri də bizik.Və belə hadisələr arzuolunmaz hadisələrdir. Amma, təəssüf ki, insanlıq öz yanlış yanaşmalarıyla arzuolunmazları gerçəkliyə çevirməkdədir... Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir”, - deyə davamında siyasətçi bildirib.
 
“Bilavasitə “Krokus Siti”dəki terror olayı, sizcə, daha çox Rusiya daxilindəki proseslərdən qaynaqlanır, yoxsa xaricdən?” sualını isə partiya sədri belə cavablandırıb:
 
“Hər halda bu terror olayı ilə bağlı araşdırmalar davam etdiyindən qəti fikir söyləmək doğru deyil. Amma ilkin qənaətim odur ki, dediyiniz hər iki hal var...”
 
Seçilən
24
Mənbələr
Şərh ()
Bağla