AZ

"Seyran Ohanyan həbs edilməli və layiq olduğu cəzanı almalıdır" - DEPUTAT

"Seyran Ohanyan həbs olunmalı və layiq olduğu cəzanı almalıdır" - DEPUTAT

Ermənistanın keçmiş müdafiə naziri, parlamentdə "Ermənistan" fraksiyasından deputat olan Xocalı qatili Seyran Ohanyan Qazaxın işğal altında qalan kəndlərinə gəlib.Bağanis Ayrım və Əskipara kəndlərində məskunlaşan ermənilərlə görüşən Ohanyan onları müqavimət göstərməyə çağırıb. Bildirib ki, Ermənistan hakimiyyəti 4 kəndi Azərbaycana qaytarmaq istəsə də, müqavimət göstərməklə bunun qarşısını ala bilərlər. Ohanyan daha əvvəl bu kəndlərdə yerləşən erməni ordusunun birləşmələrini hakimiyyətə qarşı mübarizəyə və Azərbaycanla müharibə aparmağa çağırmışdı. Azərbaycan kəndlərinə gələn Ohanyanın buradakı hərbçilərlə görüşdüyü, kəndlər qaytarıldığı zaman onları müqavimət göstərməyə sövq etdiyi istisna edilmir.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Asim Mollazadə bildirib ki, Ermənistanın keçmiş müdafiə naziri, parlamentdə "Ermənistan" fraksiyasından deputat olan Seyran Ohanyan müxtəlif hərbi cinayətlər törədən Xocalı qatilidir:

"Mütləq şəkildə o, həbs edilməli və layiq olduğu cəzanı almalıdır. Bu gün Seyran Ohanyan hər bir addımı ilə münaqişəni yenidən alovlandırmağa çalışır. Hətta o, bu yolda bütün erməni vətəndaşlarını da qurban verməyə hazırdır. Seyran Ohanyan bütün cinayətlərini ört-basdır etməklə hakimiyyətə yenidən gəlməyə çalışır. Azərbaycan bütün hərbi cinayətkarların layiq olduqları cəzanı almasını beynəlxalq təşkilatlardan tələb etməlidir.Yalnız onlar həbs edildikdən sonra regionda mövcud sabitlik davamlı ola bilər. Seyran Ohanyan Azərbaycan ərazisinə gəlibsə Azərbaycan hüquq mühafizə orqanları onu həbs edib, Bakıya gətirə bilər".

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla