AZ

Bakı Sağlamlıq Mərkəzində Beynəlxalq Baş Ağrıları Maarifləndirmə Həftəsi çərçivəsində seminar keçirilib  

Beynəlxalq Baş Ağrıları Maarifləndirmə Həftəsi çərçivəsində Bakı Sağlamlıq Mərkəzində maarifləndirici seminar keçirilib.

Mərkəzdən Aztibb.az-a bildirilib ki, nevroluq Pərvin Allahyarova tərəfindən keçirilən seminarda "Müalicəyə nədən başlanılır?” şüarı altında müxtəlif çıxışlar baş tutub.
 
Çıxışlarda baş ağrıları və nevroloji problemləri haqqında məlumatlar verilib. Bildirilib ki, baş ağrılarının səbəbləri müxtəlifdir və bunlara genetik faktorlar, hormonal dəyişikliklər, ətraf mühitin təsirləri, stress və həyat tərzi təsirləri daxil ola bilər. 
 
Qeyd edək ki, Beynəlxalq Baş Ağrıları Maarifləndirmə Həftəsi ilə bağlı Bakı Sağlamlıq Mərkəzi digər cəmiyyətlərlə birlikdə “Miqren Dostu Xəstəxanalar” adlı beynəlxalq kampaniyaya başlayıb. Bu təşəbbüs tibb işçilərini maarifləndirmək, empatiyanı və xəstələrin miqrenlə bağlı təcrübələrini anlamaq məqsədi daşıyır.
 
Seçilən
65
Mənbələr
Şərh ()
Bağla