AZ

Məktəb psixoloqları üçün müsabiqə keçiriləcək

Bakı. Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) psixoloji-tibbi-pedaqojikomissiyaların yeni tərkibinin formalaşdırılması ilə bağlı məktəbpsixoloqları üçün müsabiqə elan edir.

İdarədən Trend-ə verilən məlumata görə, müsabiqədə iştirak etməkistəyən psixoloqlar sağlamlıq imkanları məhdud uşaqlarınpsixodiaqnostikasını aparacaq, bunun əsasında onların xüsusitəhsilə cəlb olunması barədə qərar qəbul edəcək, valideynlərə və yadigər qanuni nümayəndələrə müvafiq məsləhətlər verəcəklər.

Sənəd qəbulu 29.03.2024-cü il tarixindən 06.04.2024-cü iltarixinə qədər həyata keçiriləcək. Namizədlər müvafiq sənədləri[email protected] elektron poçt ünvanına göndərməlidirlər.

Sənədlərin yoxlanılması prosesi başa çatdıqdan sonra namizədlərmüsabiqənin test imtahanı mərhələsinə dəvət ediləcəklər. Testimtahan nəticəsi məqbul hesab edilən namizədlər müsahibəmərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Əlavə sualı olan şəxslər BŞTİ-nin Çağrı Mərkəzinə (146-1) zəngetməklə məlumat ala bilərlər.

Məqalədə:
Seçilən
47
6
Mənbələr
Şərh ()
Bağla