AZ

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

Kişi

Bakı, 29 mart, AZƏRTAC

Bu gün kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun baş tutacaq.

AZƏRTAC xəbər verir ki, günün yeganə matçı “Murov Az Terminal” və MOİK komandaları arasında keçiriləcək. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində reallaşacaq qarşılaşma saat 17:00-da start götürəcək.

Qeyd edək ki, “Murov Az Terminal” 34 xalla ikinci, xalı olmayan MOİK isə sonuncu pillədə qərarlaşıb.

 

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla