AZ

"Liverpul" Alonsodan imtina etdi: Başqa namizədlər var

"Liverpul" Xabi Alonsonu baş məşqçi postuna dəvət etmək fikrindən əl çəkib.

Publika.az xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.

İspan mütəxəssis mövsümün sonunda Mersisayd klubunu tərk edəcək Yurgen Kloppun yerinə əsas namizədlərdən biri hesab olunurdu. Mənbəyə görə, "Liverpul" Alonsonun ən azı bir mövsüm daha "Bayer Leverkuzen"də qalmaq niyyətinə inandığı üçün onun təyinatını daha düşünmür.

Qeyd olunur ki, “qırmızılar”ın rəhbərliyi alternativ namizədlərə keçəcək. Klubun bosslarının qısa siyahısında “Sportinq”in çalışdırıcısı Ruben Amorim və "Brayton"dan Roberto De Zerbi var.

Seçilən
158
33
Mənbələr
Şərh ()
Bağla