AZ

Şeksprin gizli bacısı məlum oldu - ARAŞDIRMA

Şeksprin gizli bacısı məlum oldu - ARAŞDIRMA

Ədəbiyyat tarixində iz qoymuş XVI əsr ingilis şairi Uilyam Şekspirin naməlum qardaşının olduğu üzə çıxıb.

Sonxeber.az xarici mənbəyə istinadən xəbər verir ki, İngiltərənin Bristol Universitetində aparılan tədqiqatın nəticələri dərc olunub.
Şekspirin atası tərəfindən yazıldığı düşünülən və uzun müddətdir itən sənədin əslində ondan beş yaş kiçik olan bacısı Coan tərəfindən yazıldığı iddia edilir.

Professor Metyu Steql məsələ ilə bağlı bir sıra açıqlamalar verib: "Coanın heç bir şəkil yoxdur. Lakin onun sağ ikən adının keçdiyi 7 kağız parçası var. Sözsüz ki, onun varlığı ilə bağlı heç bir şübhə yoxdur".

Steqlin araşdırmasına bir sıra məqamlara toxunulub. Coan kasib bir tacir ilə evləndiyi üçün soyadı Hart olaraq dəyişib. Araşdırma qeyd olunur ki, Coanın dörd övladı olub və qardaşından 30 il daha çox yaşayıb.

Seçilən
32
1
Mənbələr
Şərh ()
Bağla