AZ

1,7 milyon fələstinli köçkün düşüb

Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondu (UNICEF) təxminən 1,7 milyon fələstinlinin Qəzza zolağında didərgin düşdüyünü açıqlayıb.

Bakupost.az xəbər verir ki, İsrail Qəzzanı bombalamağa davam edir.

Qəzzada minlərlə insan qətlə yetirilib, minlərlə insan evlərindən didərgin salınıb.

UNICEF bəyan edib ki, Qəzzadakı uşaqların təcili humanitar yardıma ehtiyacı var.

Bildirilib ki, Qəzza zolağında təxminən 1,7 milyon fələstinli məcburi köçkün vəziyyətinə düşüb. Onların yarısı su, qida, yanacaq və dərmana çata bilməyən uşaqlardır.


Aygün
BakuPost

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla