AZ

Mahamadu Diavara millidən ayrıldı - Ramazan qadağasına görə

Lion “Olimpik”inin gənc ulduzu Mahamadu Diavara dəvət aldığı Fransanın U-19 yığmasının düşərgəsindən ayrılmaq məcburiyyətində qalıb.

Arena.az xəbər verir ki, buna Fransa Futbol Federasiyasının futbolçulara oruc tutmağı qadağan edən yeni qaydası səbəb olub.

Müsəlman olduğu üçün oruc tutan Diavara, federasiyanın qərarına etiraz əlaməti olaraq, Fransanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının düşərgəsini tərk edib. Bu barədə Fransa Futbol Federasiyasının (FFF) mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, bir müddət öncə FFF Ramazan ayında futbolçuların oruc tutmasını qadağan edən yeni qərarını açıqlamışdı. Bu qərara əsasən, oyunlar zamanı müsəlman futbolçuların iftarını açması üçün fasilə tətbiq olunmasına da şərait yaradılmayacağını bəyan etmişdi. Bu, Fransada və digər ölkələrdə yaşayan müsəlman futbolçu və məşqçilər tərəfindən etirazlarla qarşılanmışdı. Bu etirazlara Diavara da qoşulub. O, yığmanın düşərgəsini tərk edib. Futbolçunun klubuna qayıtdığını təsdiqləyən federasiya onu əvəzləmək üçün “Nant” klubundan Demeyn Tabibu Assumaniyə dəvət göndərib.

Xatırladaq ki, Mahamadu Diavara 2023-cü ildən Fransanın U-19 milli komandasında forma geyinir. O, bu komandanın heyətində 3 oyuna çıxsa da, hesaba təsir edə bilməyib.

Diavara PSJ-nin yetirməsidir. 2023-cü ilin iyul ayından Lion “Olimpik”ində çıxış edən 19 yaşlı mərkəz yarımmüdafiəçisi bu klubun əsas komandasında 11 oyuna çıxıb.

Seçilən
149
13
Mənbələr
Şərh ()
Bağla