AZ

“Qarabağ”ın oyunçusu milliyə çağırılacağına əmin deyil

“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya yığmasının iyunda baş tutacaq təlim-məşq toplanışına qatılıb-qatılmayacağını bilmir.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, 32 yaşlı qolkiper yığmanın məşqçilər korpusundan bununla bağlı məlumat almadığını deyib.

Lunyov bunun üçün hələ tez olduğunu düşünür: “Martda millilər üçün konkret pəncərə var idi və ola bilsin ki, Rusiyada oynayan futbolçuların təlim-məşq toplanışından yeni qayıtmalarının müəyyən təsiri olub. Əlbəttə ki, sabah nə olacağını heç kim bilmir. Görək hər şey necə baş verəcək, mən və digər futbolçular özümüzü necə göstərəcəyik. Hazırda bu barədə düşünmürəm və addım-addım irəliləyirəm”.

Qeyd edək ki, Rusiya millisinin bu ay Serbiya millisini 4:0 hesabı ilə məğlub etdiyi oyunda Andrey Lunyov ehtiyatda qalıb. Rusların Paraqvayla yoldaşlıq matçı isə ləğv olunub.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla